Martın 3-də Bakıda keçirilən toplantılar bir daha göstərdi ki, Azərbaycan enerji keçidinə sistemli yanaşır. Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində müzakirə olunan məsələlər artıq bir neçə ildir ki, enerji gündəliyinin ayrılmaz hissəsinə çevrilib. 27 ölkənin iştirakı beynəlxalq marağın miqyasını nümayiş etdirir.

Prezident İlham Əliyev çıxışında qazıntı yanacaqları ilə alternativ mənbələrin vəhdətinin vacibliyini qeyd etdi. Azərbaycanın qaz ehtiyatları uzunmüddətli perspektiv üçün yetərli olsa da, paralel şəkildə bərpaolunan enerji layihələrinə sərmayə yatırılması gələcək risklərin azaldılmasına xidmət edir. Bu yanaşma praqmatik və balanslı siyasətin göstəricisidir.

Ölkənin enerji strategiyası 1994-cü ildən etibarən ardıcıl şəkildə inkişaf edir. Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanın beynəlxalq əməkdaşlıq şəbəkəsini genişləndirdi. Bu gün həmin siyasətin davamı olaraq enerji diplomatiyası yeni mərhələyə qədəm qoyub.

COP29 konfransının Bakıda keçirilməsi də Azərbaycanın yaşıl gündəliyə sadiqliyini nümayiş etdirdi. Alternativ enerji layihələri və müasir elektrik stansiyalarının tikintisi daxili tələbatın dayanıqlı şəkildə təmin edilməsinə imkan yaradır.

“8 Noyabr” Elektrik Stansiyasının istismara verilməsi isə enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayır. Bu layihə ixrac imkanlarını artırmaqla yanaşı regionda iqtisadi əməkdaşlığa da təkan verir.

Səbinə Gözəlova

Şuşa şəhər 1 nömləri tam orta məktəbin direktoru, YAP Şuşa Rayon Təşkilatının 41 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.