Bakıda keçirilən iclaslar göstərdi ki, Azərbaycan enerji siyasətində balanslı model formalaşdırıb. Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində aparılan müzakirələr yaşıl keçidin real əsaslara söykəndiyini təsdiqlədi.Prezident İlham Əliyev enerji keçidinin mərhələli şəkildə həyata keçirilməsinin vacibliyini qeyd etdi.

İxracın 16 ölkəni əhatə etməsi Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir. Almaniya və Avstriya kimi ölkələrin əməkdaşlığa qoşulması Avropa bazarında etimadı artırır. Yeni bazarlara çıxış isə iqtisadi dayanıqlığı möhkəmləndirir.

Qaz yataqlarında planlaşdırılan əlavə hasilat 10-15 milyard kubmetr artım perspektivi yaradır. Bu, həm daxili tələbatın, həm də ixrac öhdəliklərinin təmin edilməsinə imkan verəcək. İnfrastrukturun yenilənməsi isə artımı davamlı edəcək.

Yaşıl enerji sahəsində qarşıya qoyulan 6-8 giqavatlıq hədəf Azərbaycanın gələcək enerji modelini müəyyənləşdirir. Alternativ mənbələrin payının artması iqtisadi şaxələndirməyə və ekoloji davamlılığa xidmət edir. Bu strategiya ölkəni qlobal enerji sistemində uzunmüddətli və güclü mövqeyə çıxarır.

Xəyalə Novruzova

Şuşa rayon 7 №li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədr müavini


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.