Xocalı faciəsi uzun illər Azərbaycan xalqının qəlbində sağalmaz yara kimi qaldı. Lakin bu ağrı eyni zamanda milli həmrəyliyin və mübarizə ruhunun möhkəmlənməsinə səbəb oldu. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi tarixi dönüş nöqtəsinə çevrildi.
Prezident İlham Əliyev Ali Baş Komandan kimi ordumuza rəhbərlik edərək işğal altında olan torpaqların azad olunmasına nail oldu. Bu Zəfər yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də 30 ilə yaxın davam edən ədalətsizliyə son qoyulması idi.
2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində dövlət suverenliyi tam təmin olundu. Bununla da Xocalı da daxil olmaqla bütün ərazilər üzərində nəzarət bərpa edildi. Bu hadisələr Xocalı şəhidlərinin qanının yerdə qalmadığını göstərdi.
Bu gün azad olunmuş torpaqlarda genişmiqyaslı quruculuq işləri aparılır. Xocalıya həyatın qayıdışı tarixi ədalətin bərpasının real ifadəsidir və milli qürurun təntənəsidir.
Rəsmiyyə Məmmədova
“Qabaqcıl təhsil işçisi”, Şuşa Şəhəri üzrəTəhsil Sektorunun müdiri, YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın