Xocalı faciəsi Azərbaycan xalqının mübarizə ruhunu sarsıtmaq məqsədi daşıyırdı. Lakin bu hadisə əksinə olaraq milli birliyi və azadlıq əzmini daha da gücləndirdi. İşğal illərində xocalılılar doğma yurdlarına qayıdacaqları günün ümidini itirmədilər.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Xocalı azad olunmadan ölkənin ərazi bütövlüyünün tam bərpasından danışmaq mümkün deyil. 44 günlük Vətən müharibəsində qazanılan Qələbə və sonrakı proseslər nəticəsində Xocalı yenidən Azərbaycanın nəzarətinə keçdi. Bu hadisə tarixi ədalətin bərpası kimi qiymətləndirilir.
Azadlıqdan sonra şəhərdə genişmiqyaslı quruculuq işlərinə başlanıldı. Dağıdılmış infrastruktur yenidən qurulur, keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilir. Xocalı artıq dirçəliş mərhələsini yaşayır.
Bu gün Xocalı həm faciənin, həm də zəfərin simvoludur. Şəhərin yenidən qurulması xalqımızın əyilməz ruhunun və dövlətimizin gücünün bariz nümunəsidir.
Kamalə Səfərova
Şuşa Mərkəzi Rayon Xəstəxanası PHŞ-nin direktoru, YAP Şuşa rayon təşkilatının 24 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın