Xocalı soyqırımı dünya ictimaiyyəti üçün unudulmaz dərsdir. 1992-ci ilin fevralında baş vermiş kütləvi qırğın insanlıq tarixində misli görünməmiş vəhşilik kimi qiymətləndirilir. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu hadisə həm fiziki, həm də mənəvi terror aktı idi. Dinc əhali məqsədli şəkildə hədəfə alındı, şəhər yerlə-yeksan edildi.

Bu faciənin dünya ictimaiyyətinə çatdırılması Azərbaycan dövlətinin prioritetlərindən biri olub. Prezident İlham Əliyev rəhbərliyi ilə diplomatik təşəbbüslər aparılmış, xarici ölkələrdə sərgilər, konfranslar və parlament dinləmələri təşkil edilmişdir. Məqsəd Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması idi.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq kampaniyası qısa müddətdə qlobal miqyas qazandı. Kampaniya çərçivəsində tədbirlər, sərgilər və maarifləndirici aksiya-lar təşkil edildi. Bu təşəbbüslər nəticəsində bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımını tanıyan qərarlar qəbul etdi.

Xocalı faciəsi yalnız tarixi yaddaşın bir hissəsi deyil, həm də milli həmrəyliyin, dövlət və xalq birliyinin rəmzidir. Bu gün azad edilmiş Xocalıda genişmiqyaslı bərpa işləri aparılır, şəhər dirçəlir və keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıdır.

Əminə Məhərrəmova

Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbəsinin müdiri, YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

Previous Post
Next Post

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.