Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş tarixi qətliamdır. 1992-ci ilin fevralında baş verən bu hadisə yalnız bir şəhəri deyil, bütöv bir xalqı hədəf almış, dinc sakinlər amansızcasına qətlə yetirilmiş və əsir götürülmüşdür. Qadınlar, uşaqlar və yaşlılar erməni cəlladlarının qəddarlığına məruz qaldı. Bu, XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş ən qanlı soyqırımı aktlarından biridir və beynəlxalq hüquq normalarına görə insanlıq əleyhinə cinayət kimi qiymətləndirilir.
Xocalıda 613 nəfər qətlə yetirildi, 1275 nəfər əsir götürüldü və 150 nəfərin taleyi hələ də naməlum qalıb. Uşaqlar və qadınlar xüsusi qəddarlıqla öldürüldü, bir çoxu donaraq və ya pusquya salınaraq həlak oldu. Hətta 56 nəfər xüsusi amansızlıqla – diri-diri yandırılaraq və ya gözləri çıxarılaraq qətlə yetirildi. Bu dəhşətli hadisə açıq şəkildə göstərir ki, Xocalı faciəsi planlı və məqsədyönlü şəkildə həyata keçirilib.
Ümummilli Lider Heydər Əliyev faciəyə siyasi və hüquqi qiymət verərək 1994-cü ildə 26 fevral tarixini rəsmi olaraq Xocalı Soyqırımı Günü elan etdi. Bu, tarixi ədalətin bərpası və dünya ictimaiyyətinə Xocalı həqiqətlərinin çatdırılması üçün mühüm addım idi.
Azərbaycan dövləti və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən təşkil olunan “Xocalıya Ədalət” kampaniyası Xocalı həqiqətlərini beynəlxalq miqyasda tanıtdı. Kampaniya çərçivəsində keçirilən tədbirlər, sərgilər və konfranslar dünya ictimaiyyətinə Xocalının qanlı tarixini çatdırdı. Bu təşəbbüslər soyqırımı aktının beynəlxalq səviyyədə tanınmasında əvəzsiz rol oynadı.
2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə lokal antiterror əməliyyatları nəticəsində Xocalı və digər işğal altındakı torpaqlar azad edildi. Şəhərin bərpası və məcburi köçkünlərin qayıdışı ilə Xocalı həm faciənin, həm də azadlıq və dirçəlişin simvolu oldu. Azərbaycan xalqı göstərdi ki, heç bir cinayət cəzasız qalmır, tarixi ədalət bərpa olunur və Xocalı qurbanlarının xatirəsi əbədi yaşayır.
Səbinə Gözəlova
Şuşa şəhər 1 nömləri tam orta məktəbin direktoru, YAP Şuşa Rayon Təşkilatının 41 saylı ərazi partiya təşkilatının sədri D


Bir şərh yazın