Xocalı soyqırımı Azərbaycan xalqının kollektiv yaddaşında dərin iz buraxıb. Bu faciə milli birliyin möhkəmlənməsinə və dövlətçilik ideyasının güclənməsinə təsir göstərib. Uzun illər davam edən ədalətsizlik xalqın iradəsini sarsıda bilmədi.

Dövlət müstəqilliyi möhkəmləndikcə Xocalı məsələsi beynəlxalq hüquqi müstəviyə çıxarıldı. Diplomatik təşəbbüslər və beynəlxalq tədbirlər nəticəsində faciə barədə məlumatlılıq artdı. Bu proses Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri oldu.

Azad edilmiş ərazilərdə aparılan bərpa işləri həm fiziki, həm də mənəvi dirçəlişin göstəricisidir. Yeni yaşayış məntəqələrinin salınması və keçmiş məcburi köçkünlərin qayıdışı Xocalının yenidən doğulduğunu göstərir.

Xocalı artıq yalnız faciə məkanı deyil, həm də dirçəliş və suverenlik simvoludur. Bu şəhərin taleyi dövlət və xalq birliyinin gücünü nümayiş etdirir.

Zeybək Cəfərov

YAP Şuşa təşkilatının fəalı,Qarabağ Regional Gənclər və İdman İdarəsinin Şuşa rayonu üzrə gənclər və idman sektorunda Baş məsləhətçi 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.