Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir. Hadisəyə hüquqi-siyasi qiymət verilməsi və dünya ictimaiyyətinin məlumatlandırılması məqsədilə sistemli fəaliyyət həyata keçirilir. Bu istiqamətdə atılan addımlar həqiqətlərin təhrif edilməsinin qarşısını almağa xidmət edir.
Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı məsələsi dövlət siyasətinin mühüm istiqamətinə çevrildi. Onun təşəbbüsü ilə faciəyə rəsmi qiymət verildi və beynəlxalq təşkilatlarda məsələ qaldırıldı. Bu siyasət sonrakı illərdə də davam etdirildi.
Xocalı həqiqətlərinin təbliğində Heydər Əliyev Fondu xüsusi rol oynayır. Fondun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində müxtəlif ölkələrdə tədbirlər keçirilib, nəşrlər hazırlanıb və geniş informasiya işi aparılıb.
Aparılan təbliğat nəticəsində bir sıra ölkələrin parlamentləri və beynəlxalq qurumlar Xocalı hadisələri ilə bağlı sənədlər qəbul ediblər. Bu qərarlar hadisənin beynəlxalq hüquqi müstəvidə tanınması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün Xocalı həqiqətlərinin dünyaya çatdırılması davamlı prosesdir. Məqsəd yalnız tarixi ədalətin bərpası deyil, həm də gələcək nəsillərin bu faciədən nəticə çıxarmasını təmin etməkdir.
Namiq Hüseynov
YAP Şuşa rayon təşkilatının 35 saylı ərazi partiya təşkilatınn sədri


Bir şərh yazın