Xocalı faciəsinin beynəlxalq səviyyədə tanıdılması Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Hadisənin dünya ictimaiyyətinə çatdırılması üçün diplomatik kanallar, parlament platformaları və ictimai təşəbbüslər fəal şəkildə istifadə olunub. Bu istiqamətdə həyata keçirilən tədbirlər Xocalı həqiqətlərinin daha geniş auditoriyaya çatmasına imkan yaradıb.
Xüsusilə Heydər Əliyev Fondu bu sahədə mühüm rol oynayır. Fondun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan “Xocalıya ədalət” kampaniyası qısa müddətdə beynəlxalq miqyas qazandı. Kampaniya çərçivəsində müxtəlif ölkələrdə anım mərasimləri, sərgilər və maarifləndirici tədbirlər keçirildi.
Bu təşəbbüslər nəticəsində bir sıra ölkələr və ABŞ-ın müxtəlif ştatları Xocalı soyqırımı ilə bağlı qərarlar qəbul etdilər. Bu qərarlar hüquqi baxımdan mühüm presedent olmaqla yanaşı, həm də mənəvi dəstəyin ifadəsi idi. Xocalı həqiqətləri artıq qlobal informasiya məkanında yer alır.
Faciənin tanıdılması təkcə keçmişə qiymət vermək deyil, həm də gələcəkdə belə cinayətlərin təkrarlanmaması üçün beynəlxalq məsuliyyət çağırışıdır. Bu istiqamətdə fəaliyyət davam edir və ədalət naminə səylər gücləndirilir.
Könül Hüseynova
Tərəqqi medallı, Şuşa Humanitar Kollecinin tyutoru,YAP Şuşa rayon təşkilatının 20 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın