Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında unudulmaz iz buraxmışdır. 1992-ci ilin fevralında baş vermiş bu hadisə yalnız bir şəhərin deyil, bütöv bir xalqın qanla yazılmış tarixi faciəsidir. Dinc əhali amansızcasına qətlə yetirilmiş, şəhər dağıdılmış və minlərlə insan didərgin salınmışdır.

Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə 26 fevral “Xocalı Soyqırımı Günü” elan edildi və faciəyə dövlət səviyyəsində siyasi və hüquqi qiymət verildi. Hər il bir dəqiqəlik sükutla qurbanlar yad edilir və dövlətin prinsipial mövqeyi təsdiqlənir.

Prezident İlham Əliyev rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildəki lokal antiterror əməliyyatları nəticəsində Xocalı azad edildi. Dövlət Bayrağının şəhərdə ucaldılması həm milli qürurun, həm də tarixi ədalətin təntənəsi oldu.

Bu gün Xocalı azad edilmiş və dirçəldilmiş şəhər kimi yaşayır. Məcburi köçkünlərin qayıdışı, sosial obyektlərin bərpası və yeni infrastruktur Xocalının yenidən doğulmasının sübutudur. Xocalı həm faciənin, həm də dirçəlişin simvolu olaraq Azərbaycanın milli yaddaşında əbədi yaşayacaq.

Rafiq Kalbalıyev

YAP Şuşa rayon təşkilatının 39 nömrəli ərazi partiya təşkilatının sədri müavini 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.