1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən hadisələr Azərbaycan tarixində silinməz iz qoydu. Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının hərbi texnikası və canlı qüvvəsinin iştirakı ilə şəhəri mühasirəyə aldı. Dinc və silahsız əhali ağır artilleriya atəşinə tutuldu, yaşayış məntəqəsi qısa müddətdə dağıdıldı. Bu hücum əvvəlcədən planlaşdırılmış və məqsədli şəkildə həyata keçirilmişdi.

Faciə nəticəsində 613 nəfər qətlə yetirildi, onların arasında 106 qadın, 63 uşaq və 70 yaşlı insan vardı. 487 nəfər yaralandı, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Şəhərdən çıxmağa çalışan insanlar yollarda pusquya salındı. Törədilən vəhşiliklər Xocalını XX əsrin ən dəhşətli hadisələrindən birinə çevirdi.

Hadisənin əsas məqsədi azərbaycanlı əhalini qorxuya salmaq və bölgədə etnik təmizləmə aparmaq idi. Ermənistanın sabiq rəhbərliyinin sonradan səsləndirdiyi etiraflar da göstərdi ki, bu, təsadüfi hərbi əməliyyat deyil, düşünülmüş strategiyanın tərkib hissəsi olub. Xocalıda baş verənlər insanlığa qarşı yönəlmiş ağır cinayət kimi tarixə düşdü.

Bu gün Xocalı faciəsi xalqımızın yaddaşında əbədi yaşayır. Şəhidlərin xatirəsi daim ehtiramla yad edilir, hadisənin beynəlxalq aləmdə tanınması istiqamətində işlər davam etdirilir. Xocalı həm ağrının, həm də ədalətə inamın rəmzidir.

Leyla Babışova

YAP Şuşa rayon təşkilatının sədr müavini 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.