Xocalı faciəsi Azərbaycan xalqının yaddaşına qanla yazılmış qaranlıq səhifədir. 1992-ci ilin fevralında dinc əhali amansızcasına hədəfə alındı, şəhər yerlə-yeksan edildi. Qadınlar, uşaqlar və qocalar xüsusi qəddarlıqla öldürüldü, minlərlə insan əsir götürüldü. Bu hadisə insanlıq əleyhinə törədilmiş cinayət kimi beynəlxalq hüquq normalarına görə soyqırımı tərifinə tam uyğundur.

Ulu Öndər Heydər Əliyev bu faciəyə dövlət səviyyəsində siyasi və hüquqi qiymət verərək onun dünya ictimaiyyətinə çatdırılmasını təmin etdi. 26 fevral tarixinin “Xocalı Soyqırımı Günü” elan olunması və bir dəqiqəlik sükutla anılması tarixi ədalətin ifadəsidir.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə işğal altında olan torpaqları azad etdi. 2023-cü ildə aparılan lokal antiterror tədbirləri ilə ölkənin suverenliyi tam bərpa edildi. Xocalının azad edilməsi şəhidlərin qanının yerdə qalmadığını göstərdi.

Azad olunmuş Xocalıda infrastruktur yenidən qurulur, yaşayış məntəqələri tikilir, sosial obyektlər istifadəyə verilir. Xocalı Soyqırımı Memorial Kompleksi və beynəlxalq kampaniyalar faciənin gələcək nəsillərə çatdırılması və tarixi ədalətin təmin olunması baxımından xüsusi əhəmiyyətə malikdir.

Aynurə Məlikova

YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

Previous Post
Next Post

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.