Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında unudulmaz iz buraxıb. 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş bu faciə təkcə bir şəhəri yox, bütün xalqı hədəf almışdı. Dinc əhali amansızcasına qətlə yetirildi, minlərlə insan yaralandı və əsir götürüldü. Bu hadisə XX əsrin ən dəhşətli humanitar faciələrindən biri kimi tarixə düşdü.

Ulu Öndər Heydər Əliyev faciəyə dövlət səviyyəsində siyasi və hüquqi qiymət verərək 26 fevralı Xocalı Soyqırımı Günü elan etdi. Hər il bu tarixdə bir dəqiqəlik sükutla şəhidlər yad edilir və tarixi ədalət ifadə olunur.

Azərbaycan dövləti Xocalı həqiqətlərini beynəlxalq səviyyədə tanıtmaq üçün sistemli diplomatik fəaliyyət aparır. “Xocalıya Ədalət” kampaniyası və beynəlxalq tədbirlər vasitəsilə faciə haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. Bu, həm tarixi ədalətin təmin olunması, həm də milli yaddaşın qorunması baxımından əhəmiyyətlidir.

44 günlük Vətən müharibəsi və 2023-cü il lokal antiterror əməliyyatları nəticəsində Xocalı azad edildi. Şəhərdə Dövlət Bayrağının ucaldılması, yeni infrastruktur və məcburi köçkünlərin qayıdışı Xocalının həm faciə, həm də dirçəliş simvolu olduğunu təsdiqləyir. Bu gün Xocalı xalqımızın əyilməz ruhunun və milli qürurun təcəssümü kimi yaşayır.

Hidayət Səmədov

YAP Şuşa rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.