Xocalı faciəsi Azərbaycan xalqının milli yaddaşında sağalmaz yara kimi qalır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə dinc sakinlər məqsədli şəkildə hədəfə alındı. Ermənistan silahlı qüvvələri və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı tərəfindən törədilmiş bu soyqırımı aktı beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının nümunəsi idi. Bu hadisə yalnız bir şəhərin deyil, bütöv bir xalqın məhv edilməsinə yönəlmiş siyasətin tərkib hissəsi idi.

Rəsmi statistikaya görə, 613 nəfər öldürüldü, 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü və 150 nəfərin taleyi hələ də məlum deyil. Qadınlar, uşaqlar və yaşlılar xüsusi qəddarlıqla qətlə yetirildi, meyitlər təhqir olundu. Səkkiz ailə tamamilə məhv edildi. Bu hadisələr soyqırımı niyyətini və məqsədini açıq göstərir.

Ulu Öndər Heydər Əliyev Xocalı soyqırımına dövlət səviyyəsində siyasi və hüquqi qiymət verilməsini təmin etdi. 1994-cü ildə Milli Məclisin qərarı ilə 26 fevral “Xocalı Soyqırımı Günü” elan olundu və hər il saat 17:00-da bir dəqiqəlik sükutla faciə qurbanları yad edilir. Bu addım Azərbaycan dövlətinin prinsipial mövqeyinin təzahürüdür.

Xocalının azad olunması, 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə lokal antiterror tədbirləri ilə təmin olundu. Prezident İlham Əliyev şəhərdə Dövlət Bayrağının ucaldılması ilə həm ədalətin bərpasını, həm də milli qürurun yüksəlməsini nümayiş etdirdi. Bu gün Xocalı həm faciənin, həm də dirçəlişin simvoludur və keçmiş məcburi köçkünlər mərhələli şəkildə doğma torpaqlarına qayıdır.

İlham Həsənov

YAP Şuşa rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.