Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biri kimi yalnız Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilmiş ağır cinayət sayılır. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin şəhərə hücumu nəticəsində yüzlərlə dinc sakin – qadınlar, uşaqlar və yaşlılar amansızcasına qətlə yetirildi. Bu hadisə beynəlxalq humanitar hüququn, o cümlədən Cenevrə konvensiyalarının kobud şəkildə pozulması idi. Xocalıda baş verənlər müharibə qanunlarını aşan, insanlıq prinsiplərini tapdalayan vəhşilik aktı kimi tarixə düşdü.

Faciənin baş verdiyi dövrdə Azərbaycan mürəkkəb siyasi və hərbi vəziyyətlə üz-üzə idi. İnformasiya blokadası və beynəlxalq aləmdə mövcud ikili standartlar səbəbindən Xocalı həqiqətləri uzun müddət lazımi səviyyədə tanıdılmadı. Dünya ictimaiyyətində susqunluq hökm sürdü, hadisəyə obyektiv hüquqi-siyasi qiymət verilmədi.

Sonrakı illərdə Azərbaycan dövləti bu ədalətsizliyin aradan qaldırılması istiqamətində ardıcıl fəaliyyətə başladı. Prezident İlham Əliyev rəhbərliyi ilə diplomatik və informasiya sahəsində geniş iş aparıldı, müxtəlif ölkələrdə tədbirlər təşkil olundu. Məqsəd Xocalı faciəsinin beynəlxalq miqyasda tanınmasına nail olmaq idi.

Bu gün Xocalı soyqırımı artıq bir sıra ölkələrin parlamentləri tərəfindən tanınır. Bu, tarixi ədalət yolunda mühüm addımdır. Faciə qurbanlarının xatirəsi daim anılır və onların qanı ilə yazılan tarix milli yaddaşımızın ayrılmaz hissəsi kimi yaşayır.

Qönçə Məmmədova

Şuşa rayon Bülbülcan adına Uşaq Musiqi Məktəbinin direktoru,YAP Şuşa rayon təşkilatının 29 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

Previous Post
Next Post

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.