Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının 28 saylı ərazi partiya təşkilatının və Qarabağ Regional Mədəniyyət İdarəsi tabeliyində fəaliyyət göstərən Şuşa rayonu Xəlfəli kənd Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı”nın 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbirin əsas məqsədi faciə qurbanlarının əziz xatirəsini yad etmək, böyüməkdə olan nəslə tarixi həqiqətləri çatdırmaq və vətənpərvərlik ruhunun daha da gücləndirilməsi olmuşdur.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Çıxış edən məktəbin rəhbərliyi və müəllimlər 1992-ci ilin 26 fevral tarixində baş vermiş faciə barədə ətraflı məlumat vermiş, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, Xocalı soyqırımı xalqımıza qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tariximizə qara hərflərlə yazılmışdır.
Tədbir çərçivəsində 44 günlük Vətən müharibəsinə də xüsusi yer ayrılmışdır. Bildirilmişdir ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmiş, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. Vurğulanmışdır ki, bu tarixi Qələbə şəhidlərimizin qanı və qazilərimizin şücaəti hesabına qazanılmış, xalqımızın milli birliyinin və dövlətimizin gücünün parlaq təzahürünə çevrilmişdir. Prezident İlham Əliyevin qətiyyətli siyasəti, ordu quruculuğu sahəsində həyata keçirdiyi ardıcıl islahatlar və beynəlxalq müstəvidə apardığı uğurlu diplomatik fəaliyyət Azərbaycanın mövqeyini daha da möhkəmləndirmişdir.
Tədbirin bədii hissəsində məktəbin şagird və müəllimlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər, ədəbi-bədii kompozisiyalar və musiqi nömrələri təqdim olunmuşdur.








Bir şərh yazın