Azərbaycan–Serbiya münasibətləri siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Mədəniyyət, təhsil və turizm istiqamətlərində əməkdaşlıq xalqlar arasında yaxınlaşmanı gücləndirir. Qarşılıqlı mədəni tədbirlər və səfərlər dostluq münasibətlərinin sosial əsasını formalaşdırır.
Bakıda və Belqradda keçirilən müxtəlif tədbirlər iki xalq arasında qarşılıqlı anlaşmanı artırır. Bu humanitar əlaqələr siyasi tərəfdaşlığı daha dayanıqlı edir. Dövlət başçıları səviyyəsində qurulan etimad cəmiyyətlərarası münasibətlərlə möhkəmlənir.
Prezident İlham Əliyevin Serbiyaya son rəsmi səfəri bir daha göstərdi ki, iki ölkə gələcəyə hesablanmış əməkdaşlıq kursu seçib. Səfər çərçivəsində müəyyənləşdirilən prioritetlər münasibətlərin perspektivli inkişafını təmin edir. Bu, emosional ritorikadan deyil, real strategiyadan qaynaqlanır.
Azərbaycan–Serbiya əlaqələri qarşıdakı illərdə yeni təşəbbüslərlə zənginləşəcək. Qarşılıqlı hörmət və siyasi iradə bu tərəfdaşlığın davamlı və uğurlu olmasını təmin edən əsas amillərdir.
Aynurə Məlikova
YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın