Azərbaycan ilə Serbiya arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib və fevralın 15-də Prezident İlham Əliyevin Belqrada səfəri bu inkişafın məntiqi davamı kimi qiymətləndirilə bilər. Dövlət başçısının çıxışı göstərdi ki, iki ölkə arasında formalaşmış əlaqələr möhkəm siyasi təmələ və qarşılıqlı hörmət prinsipinə əsaslanır. Bu münasibətlər regional və beynəlxalq müstəvidə qarşılıqlı dəstək ilə daha da möhkəmlənir.

Uzun illərdir davam edən təmaslar Azərbaycan–Serbiya əməkdaşlığının sistemli xarakterini ortaya qoyur. Liderlər arasında açıq və səmimi dialoq mühüm qərarların operativ şəkildə qəbuluna şərait yaradır. Bu, həm də onu göstərir ki, tərəflər əməkdaşlığa yalnız bu günün maraqları prizmasından deyil, strateji perspektivdən yanaşırlar.

Energetika sahəsində əldə olunan razılaşmalar xüsusi diqqətə layiqdir. Azərbaycanın qaz ixracının artırılması və gələcəkdə əlavə enerji güclərinin yaradılması planları Serbiya üçün alternativ və etibarlı mənbə rolunu oynayır. 2032-ci ilə qədər əlavə enerji gücünün formalaşdırılması planı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu genişləndirəcək və bu kontekstdə Serbiya ilə əməkdaşlıq mühüm əhəmiyyət daşıyacaq.

Səfər zamanı nəqliyyat, investisiya və humanitar sahələrdə də əməkdaşlıq imkanları nəzərdən keçirildi. Turizm və mədəni əlaqələrin genişləndirilməsi xalqlar arasında təmasların intensivləşməsinə xidmət edəcək. Beləliklə, bu səfər yalnız siyasi bəyanatlarla deyil, real iqtisadi və strateji məzmunla yadda qaldı və tərəfdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirdi.

Məmmədli Nəzirə

YAP Şuşa rayon təşkilatının əməkdaşı


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.