Rəqəmsal inkişafın davamlılığı insan kapitalının səviyyəsindən birbaşa asılıdır. Ali təhsil müəssisələrində süni intellekt, proqramlaşdırma və kibertəhlükəsizlik üzrə ixtisasların genişləndirilməsi zəruri addımdır. Orta məktəblərdə rəqəmsal biliklərin tədrisi gələcək nəslin texnoloji mühitə uyğunlaşmasını təmin edəcək.
Peşəkar kadr hazırlığı ilə yanaşı, dövlət və özəl sektorda çalışan əməkdaşların da davamlı təlimlərə cəlb olunması vacibdir. Rəqəmsal bacarıqların artırılması iqtisadiyyatın bütün sahələrində məhsuldarlığın yüksəlməsinə təsir göstərəcək.
Kibertəhlükəsizlik isə rəqəmsal transformasiyanın ayrılmaz hissəsidir. Kiberhücum risklərinin artdığı bir dövrdə qabaqlayıcı tədbirlər, müasir müdafiə sistemləri və beynəlxalq əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. İnformasiya təhlükəsizliyinin qorunması dövlət suverenliyinin əsas elementlərindən biridir.
Nəticə etibarilə, güclü insan kapitalı və etibarlı kibermüdafiə sistemi olmadan rəqəmsal inkişafın davamlı olması mümkün deyil. Azərbaycan bu istiqamətdə sistemli yanaşma tətbiq edərək gələcəyin texnoloji çağırışlarına hazırlaşır.
Xəyalə Novruzova
Şuşa rayon 7 №li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, YAP Şuşa rayon təşkilatının 4 saylı ərazi partiya təşkilatının sədr müavini


Bir şərh yazın