Rəqəmsal transformasiyanın əsas istiqamətlərindən biri dövlət idarəçiliyində süni intellektin tətbiqidir. Müasir idarəetmə modeli analitik məlumatlara əsaslanan qərarvermə mexanizmlərini tələb edir. Süni intellekt alətləri risklərin qiymətləndirilməsi və alternativ ssenarilərin hazırlanmasında mühüm rol oynaya bilər.
Rəqəmsal platformaların vahid sistemdə birləşdirilməsi və xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim olunması idarəetmədə səmərəliliyi artıracaq. “mygov” platforması üzərindən xidmətlərin genişləndirilməsi vətəndaş məmnuniyyətini yüksəltməklə yanaşı, resursların optimallaşdırılmasına şərait yaradır.
Nazirlik və dövlət qurumlarında rəqəmsallaşma üzrə məsul şəxslərin müəyyən edilməsi koordinasiyanı gücləndirəcək. Bu yanaşma idarəetmədə pərakəndəliyin aradan qaldırılmasına və vahid strategiyanın effektiv icrasına imkan verəcək.
Beləliklə, süni intellektin tətbiqi yalnız texnoloji yenilik deyil, həm də idarəetmənin keyfiyyətcə yeni mərhələyə keçidi deməkdir. Bu transformasiya dövlət aparatının çevikliyini və effektivliyini artıracaq.
Kamalə Səfərova
Şuşa Mərkəzi Rayon Xəstəxanası PHŞ-nin direktoru, YAP Şuşa rayon təşkilatının 24 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın