Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq mərhələsinə keçidi uzunmüddətli diplomatik səylərin nəticəsidir. Vaşinqtonda baş tutan Zirvə Görüşü və sülh sənədinin paraflanması regionun siyasi mənzərəsini dəyişdirdi. Bu hadisə 30 illik münaqişənin arxada qalması baxımından tarixi əhəmiyyət daşıyır.

1990-cı illərin əvvəllərində münasibətlər müəyyən çətinliklərlə üzləşmişdi. Xüsusilə 907-ci düzəliş Azərbaycan üçün siyasi və iqtisadi məhdudiyyətlər yaratmışdı. Lakin Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan siyasət nəticəsində ölkə beynəlxalq təcriddən çıxarıldı və həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı.

Son illərdə isə qarşılıqlı maraqlar münasibətlərin inkişafına təkan verdi. ABŞ administrasiyası Azərbaycanın regionda sabitlik və təhlükəsizliyə verdiyi töhfələri yüksək qiymətləndirir. Əfqanıstanda göstərilən dəstək və beynəlxalq antiterror koalisiyasındakı iştirak iki ölkə arasında etimadı gücləndirdi.

Strateji Tərəfdaşlıq Xartiyası gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir. Enerji, təhlükəsizlik, iqtisadiyyat və nəqliyyat sahələrində planlaşdırılan layihələr tərəfdaşlığın davamlı xarakter alacağını göstərir. Bu yeni mərhələ hər iki xalq üçün mühüm dividendlər vəd edir.

Leyla Babışova

YAP Şuşa rayon təşkilatının sədr müavini


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.