Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin başlanması iki ölkə arasında siyasi dialoqun keyfiyyətcə fərqli səviyyəyə yüksəldiyini göstərir. ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Bakıya səfəri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində imzalanan Strateji Tərəfdaşlıq Xartiyası münasibətlərin artıq formal deyil, dərin və sistemli əməkdaşlıq mərhələsinə keçdiyini təsdiqlədi. Vaşinqtonda ötən ilin avqustunda dövlət başçılarının nümayiş etdirdiyi siyasi iradə bu prosesin əsasını qoymuşdu.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Tramp–Vens administrasiyasının regionda təşəbbüsləri mühüm nəticələr verib. Xüsusilə TRIPP layihəsi yalnız Azərbaycanın iki hissəsinin birləşdirilməsi baxımından deyil, həm də Asiya ilə Avropanı bağlayan təhlükəsiz və genişmiqyaslı nəqliyyat dəhlizi kimi strateji əhəmiyyət daşıyır. Bu təşəbbüs regionda sülh və rifahın möhkəmləndirilməsinə xidmət edir.

Xartiya yalnız siyasi məsələləri deyil, həm də iqtisadi və texnoloji sahələri əhatə edir. Müdafiə sənayesi məhsullarının satışı, kibertəhlükəsizlik, süni intellekt mərkəzlərinin yaradılması və rəqəmsal infrastrukturun inkişafı kimi istiqamətlər əməkdaşlığın yeni konturlarını müəyyən edir. Artıq Amerika şirkətləri ilə qurulan əməkdaşlığın ilkin nəticələri də müşahidə olunmaqdadır.

Eyni zamanda, humanitar minatəmizləmə sahəsində əməkdaşlıq xüsusi diqqət çəkir. ABŞ-ın maliyyə və texnoloji dəstəyi Azərbaycanın üzləşdiyi mina təhlükəsinin aradan qaldırılmasına töhfə verəcək. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi isə iki ölkə arasında strateji tərəfdaşlığın davamlı xarakter daşıdığını göstərir.

Anar Əlizadə

Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət Məktəbinin direktoru, YAP Şuşa rayon təşkilatının 14 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.