Azərbaycan və ABŞ arasında münasibətlərin inkişafında liderlərin siyasi iradəsi həlledici rol oynayır. Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında formalaşan qarşılıqlı anlaşma strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir. Bu əməkdaşlıq konkret sənədlər və praktiki addımlarla təsdiqlənir.
Vaşinqtonda keçirilən görüşlər və imzalanan sənədlər münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Strateji İşçi Qrupunun yaradılması və daha sonra Xartiyanın imzalanması diplomatik fəaliyyətin ardıcıllığını nümayiş etdirir. Bu proses tərəflərin uzunmüddətli planlara malik olduğunu təsdiqləyir.
ABŞ rəsmilərinin Azərbaycanın beynəlxalq təhlükəsizlik sahəsində rolunu yüksək qiymətləndirməsi tərəfdaşlığın səmimiliyini ortaya qoyur. Əfqanıstandakı fəaliyyət və terrorizmə qarşı mübarizədə iştirak Azərbaycanın qlobal təhlükəsizliyə töhfəsini göstərir.
Bu gün qarşılıqlı səfərlər və geniş müzakirələr gələcək əməkdaşlığın konturlarını müəyyənləşdirir. Enerji, iqtisadiyyat və regional sabitlik sahələrində həyata keçiriləcək layihələr iki ölkə arasında münasibətlərin daha da dərinləşəcəyinə işarə edir.
Türkan Hüseynova
Şuşa şəhər 1 nömrəli tam orta məktəbin müəllimi,YAP Şuşa rayon təşkilatının fəal üzvü


Bir şərh yazın