Azərbaycan və ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası ikitərəfli münasibətlərin çoxşaxəli inkişafına yeni impuls verir. Cey Di Vensin ölkəmizə səfəri bu sənədin imzalanması ilə nəticələnərək münasibətlərin strateji səviyyəyə yüksəldiyini rəsmiləşdirdi. Artıq Bakı ilə Vaşinqton arasında əməkdaşlıq yalnız siyasi dialoqla məhdudlaşmır, konkret layihələr və mexanizmlər əsasında inkişaf edir.
Prezident İlham Əliyevin qeyd etdiyi TRIPP layihəsi regionun geoiqtisadi xəritəsini dəyişdirə biləcək təşəbbüsdür. Bu marşrut nəqliyyat və tranzit imkanlarını genişləndirməklə yanaşı, region ölkələri arasında qarşılıqlı asılılığı artıraraq sülhün davamlılığını möhkəmləndirir. ABŞ-ın bu təşəbbüsə dəstəyi Qafqazda sabitliyə verilən önəmin göstəricisidir.
Xartiyada süni intellekt və kibertəhlükəsizlik sahəsində birgə Tədqiqat və İnkişaf mexanizmlərinin yaradılması xüsusi yer tutur. İnnovasiya platformalarının qurulması və rəqəmsal infrastrukturun gücləndirilməsi iki ölkə arasında texnoloji tərəfdaşlığın əsasını təşkil edir. Bu əməkdaşlıq həm dövlət, həm də özəl sektorun fəal iştirakını nəzərdə tutur.
Bununla yanaşı, müdafiə və terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi prioritet istiqamət kimi müəyyənləşdirilib. Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı Vaşinqton tərəfindən yüksək qiymətləndirilir. Bu qarşılıqlı etimad mühiti strateji tərəfdaşlığın dayanıqlı əsaslara söykəndiyini nümayiş etdirir.
Salman Ağalarov
Şuşa rayon Xəlfəli kənd Uşaq Musiqi Məktəbinin direktoru, YAP Şuşa rayon təşkilatının 28 sayılı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın