Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi iki ölkənin tarixində mühüm dönüş nöqtəsidir. Vaşinqtonda keçirilən Zirvə Görüşü və onun nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması regionda uzun illər davam edən qarşıdurmanın başa çatmasına real zəmin yaratdı. Prezident Donald Trampın şahid qismində sənədi imzalaması prosesə verilən beynəlxalq siyasi dəstəyin göstəricisi oldu. Bu hadisə həm də Azərbaycan-ABŞ əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirdi.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Zirvə Görüşündən sonrakı dövr qarşılıqlı etimadın möhkəmləndirilməsi və davamlı sülhün təmin olunması baxımından məhsuldar mərhələ kimi xarakterizə olunur. Altı ay ərzində aparılan intensiv danışıqlar və diplomatik fəaliyyət nəticəsində Strateji Tərəfdaşlıq Xartiyası imzalandı. Bu sənəd iki ölkə arasında münasibətlərin hüquqi və siyasi əsaslarını daha da gücləndirdi.

Azərbaycan-ABŞ əlaqələri tarixən müxtəlif mərhələlərdən keçib. Xüsusilə 907-ci düzəliş münasibətlərdə müəyyən çətinliklər yaradıb. Lakin sonrakı dövrdə qarşılıqlı maraqların ön plana çıxması və Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələr Vaşinqtonun mövqeyində dəyişikliklərə səbəb oldu. Terrorizmə qarşı mübarizədə Azərbaycanın göstərdiyi dəstək və Əfqanıstandakı fəaliyyəti ABŞ tərəfindən yüksək qiymətləndirildi.

Bu gün enerji təhlükəsizliyi, regional sabitlik və iqtisadi əməkdaşlıq sahələrində ortaq maraqlar strateji tərəfdaşlığın əsas istiqamətlərini təşkil edir. Azərbaycanın Avropanın enerji xəritəsində artan rolu və nəqliyyat dəhlizləri üzrə təşəbbüsləri iki ölkə arasında əməkdaşlıq üçün geniş perspektivlər açır. İmzalanmış Xartiya isə gələcək inkişafın aydın yol xəritəsi kimi çıxış edir.

Zeybək Cəfərov

YAP Şuşa təşkilatının fəalı,Qarabağ Regional Gənclər və İdman İdarəsinin Şuşa rayonu üzrə gənclər və idman sektorunda Baş məsləhətçi


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.