4 fevral 2026-cı ildə Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı” mərasimi beynəlxalq siyasi gündəmdə mühüm hadisə kimi qiymətləndirilib. Bir sıra dövlət və hökumət nümayəndələrinin iştirak etdiyi tədbirdə mükafatın sülh, dialoq və insan qardaşlığının təşviqinə töhfə verən şəxslərə təqdim olunması vurğulanıb. Bu il Azərbaycan–Ermənistan sülh prosesinə göstərilən yüksək qiymət tədbirin əsas mesajlarından biri olub.
Prezident İlham Əliyev çıxışında bu mükafatı almağın böyük şərəf olduğunu bildirib və onun BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Al Nahyanın adını daşımasının xüsusi rəmzi məna kəsb etdiyini qeyd edib. Dövlət başçısı mükafatın beynəlxalq nüfuzunun insan qardaşlığı və dialoqu təşviq edən ideallarla bağlı olduğunu diqqətə çatdırıb.
Prezident nitqində Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarının əhəmiyyətinə xüsusi yer ayırıb. O, əldə olunan razılaşmaların münaqişələrin sülh yolu ilə həlli üçün model ola biləcəyini vurğulayıb, eyni zamanda mərasimin sülhə xidmət edən simvolik məkan kimi yadda qaldığını bildirib. Nəqliyyat və ticarət sahəsində irəliləyişlər də gələcək əməkdaşlığın əsas istiqamətləri kimi təqdim olunub.
Çıxışın sonunda Prezident İlham Əliyev bu təltifin bütövlükdə Azərbaycan xalqına ünvanlanan qiymət olduğunu deyib və BƏƏ rəhbərliyinə, beynəlxalq tərəfdaşlara minnətdarlığını çatdırıb. O, bu mükafatın gələcək nəsillər üçün sülh ideallarına sadiqlik məsuliyyəti yaratdığını qeyd edib.
Namiq Hüseynov
YAP Şuşa rayon təşkilatının 35 saylı ərazi partiya təşkilatınn sədri


Bir şərh yazın