BƏƏ Prezidentinin Azərbaycana, xüsusilə Şuşaya səfəri region üçün mühüm siyasi siqnallar verdi. Bu addım Azərbaycanın ərazi bütövlüyünə hörmətin və ölkəmizin suveren seçiminin tanınmasının bariz nümunəsi kimi dəyərləndirildi. Qarabağda aparılan yenidənqurma işlərinə verilən diqqət beynəlxalq tərəfdaşların bu prosesə marağının artdığını göstərdi.
Səfər çərçivəsində aparılan müzakirələr postmünaqişə dövründə iqtisadi inkişafın sürətləndirilməsi, infrastrukturun bərpası və xarici investisiyaların cəlb edilməsi məsələlərini ön plana çıxardı. Bu kontekstdə BƏƏ-nin Azərbaycanın uzunmüddətli tərəfdaşı kimi çıxış etməyə hazır olduğu mesajı diqqət çəkdi.
Prezident İlham Əliyevin son səfəri isə həmin münasibətlərin yeni mərhələyə keçdiyini göstərdi. Tərəflər yalnız siyasi dialoqla kifayətlənməyərək əməkdaşlığı konkret sazişlər və layihələr üzərində qururlar. Bu yanaşma əlaqələrin davamlı xarakter daşımasına zəmin yaradır.
Azərbaycan–BƏƏ münasibətlərinin inkişafı Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi baxımından da mühüm rol oynayır. Bu tərəfdaşlıq regionda iqtisadi canlanmaya və təhlükəsizlik mühitinin güclənməsinə töhfə verən amillərdən biri kimi çıxış edir.
Nizami Şahvələdov
YAP Şuşa rayon təşkilatının 33 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın