Azərbaycanın postmünaqişə mərhələsində həyata keçirdiyi genişmiqyaslı bərpa-quruculuq proqramları beynəlxalq investorların diqqətini cəlb edir. Bu prosesdə BƏƏ şirkətlərinin fəallığı ölkələrimiz arasında iqtisadi münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Yol, enerji infrastrukturu, şəhərsalma və ağıllı texnologiyalar sahəsində mümkün layihələr tərəfdaşlığın real iqtisadi məzmununu formalaşdırır. Qarabağ və Şərqi Zəngəzurda aparılan işlər beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açır.
Prezident İlham Əliyevin səfəri zamanı bu istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunaraq konkret mexanizmlərin yaradılması ön plana çıxarılıb. İnstitusional əməkdaşlıq formatları əlaqələrin davamlılığını təmin edən əsas vasitələrdən biridir.
İqtisadi tərəfdaşlığın güclənməsi yalnız iki ölkə üçün deyil, region üçün də mühüm nəticələr vəd edir. Yeni layihələr ticarət əlaqələrinin artmasına və regional iqtisadi inteqrasiyanın sürətlənməsinə şərait yaradır.
Gülnar Qurbanova
Qabaqcıl təhsil işçisi,YAP Şuşa rayon təşkilatının 22 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın