Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın sivilizasiyalararası dialoq və humanizm xəttinə verilən beynəlxalq dəyərin göstəricisidir. Bu təltif ölkənin sülh və tolerantlıq siyasətinin qlobal miqyasda qəbul edildiyini nümayiş etdirir və Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu əks etdirir.

Mükafatın təqdim edildiyi mərasimdə BƏƏ-nin ictimai modelinə dair vurğular da diqqət çəkdi. Ənənələrə sədaqətlə yanaşı, gələcəyə yönəlmiş inkişaf strategiyası, dinlərarası anlaşmanın təşviqi və harmoniya mühiti ortaq dəyərlər kimi qeyd olundu.

Çıxışlarda Azərbaycan–Ermənistan münasibətlərində əldə olunan sülh nailiyyətlərinin region üçün strateji əhəmiyyət kəsb etdiyi bildirildi. Otuz illik qarşıdurmadan sonra yaranan yeni vəziyyətin Cənubi Qafqazda sabitlik üçün imkanlar açdığı və ötən ilin avqustundan sonra tərəfdaşlıq mühitinin möhkəmləndiyi vurğulandı.

Azərbaycanın dini və etnik müxtəlifliyi qoruyan dövlət siyasəti mükafatın əsaslandırıcı amillərindən biri kimi təqdim edilir. Dini irsin bərpası, icmalar arasında dialoq və beynəlxalq humanitar platformalarda fəallıq ölkənin tolerantlıq modelini gücləndirən əsas elementlər kimi göstərilir.

Rafiq Kalbalıyev

YAP Şuşa rayon təşkilatının 39 nömrəli ərazi partiya təşkilatının sədri müavini


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.