Qlobal güc balanslarının dəyişdiyi bir dövrdə Azərbaycan regional körpü rolunu getdikcə gücləndirir. Cənubi Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya arasında yerləşən ölkəmiz müxtəlif siyasi və iqtisadi mərkəzləri birləşdirən strateji platformaya çevrilir. Bu prosesdə BƏƏ ilə tərəfdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

Əbu-Dabi Bakını sabitliyə töhfə verə bilən, etibarlı və proqnozlaşdırılan tərəfdaş kimi dəyərləndirir. Bu yanaşma qarşılıqlı əməkdaşlığın uzunmüddətli əsaslar üzərində qurulduğunu göstərir və yeni layihələrin reallaşdırılmasına şərait yaradır.

Radikal meyllərin qarşısının alınması, təhlükəsizlik mühitinin möhkəmləndirilməsi və konstruktiv regional gündəliyin təşviqi bu tərəfdaşlığın mühüm elementlərindəndir. Azərbaycan–BƏƏ dialoqu regional sabitliyin qorunmasına yönələn siyasi xəttin tərkib hissəsinə çevrilib.

Bu münasibətlər təkcə ikitərəfli deyil, daha geniş coğrafiyada müsbət təsir yaradan amil kimi çıxış edir. Enerji, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlıq regionlararası inteqrasiyanı gücləndirir.

Əminə Məhərrəmova

Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbəsinin müdiri, YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.