Azərbaycan ilə BƏƏ arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri enerji sektorudur. Neft-qaz sahəsində təcrübəyə malik olan iki ölkə indi bərpa olunan enerji layihələrinə də xüsusi önəm verir. Azərbaycanın iqtisadi transformasiya strategiyasında yaşıl texnologiyalara keçid prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
BƏƏ şirkətlərinin bu sahəyə marağı yeni layihələrin reallaşdırılmasına imkan yaradır və ölkəmizin enerji ixracatçısı kimi mövqeyini daha da gücləndirir. Günəş və külək enerjisi üzrə planlaşdırılan təşəbbüslər regionda alternativ enerji mənbələrinin inkişafına töhfə verir.
Postmünaqişə mərhələsində bərpa olunan ərazilərdə bu cür layihələrin həyata keçirilməsi həm iqtisadi, həm də sosial baxımdan əhəmiyyətlidir. İnfrastrukturun yenilənməsi və ekoloji dayanıqlığın təmin edilməsi paralel şəkildə aparılır.
Bu əməkdaşlıq gələcəkdə daha geniş miqyas alaraq Azərbaycanın yaşıl enerji xəritəsində aparıcı mövqelərdən birinə çevrilməsinə dəstək verəcək və BƏƏ ilə tərəfdaşlığın strateji xarakterini daha da gücləndirəcək.
Könül Hüseynova
Tərəqqi medallı, Şuşa Humanitar Kollecinin tyutoru,YAP Şuşa rayon təşkilatının 20 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın