Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Bu əlaqələrin əsaslı şəkildə inkişafı isə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Həmin illərdən etibarən qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan siyasi dialoq ölkələrimiz arasında möhkəm tərəfdaşlıq mühitinin formalaşmasına zəmin yaradıb.
Azərbaycan–BƏƏ münasibətləri beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli şəkildə inkişaf edir. BMT və İslam Əməkdaşlıq Təşkilatı platformalarında qarşılıqlı dəstək tərəflər arasında etimadın daha da möhkəmlənməsinə şərait yaradıb. Açıq siyasi dialoq iqtisadi və enerji sahələrində əməkdaşlığa da müsbət təsir göstərib.
Son illərdə qarşılıqlı yüksək səviyyəli səfərlərin intensivliyi əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Şuşada keçirilən görüşlər, Əbu-Dabidə aparılan danışıqlar və imzalanan sənədlər tərəfdaşlığın institusional əsaslarını gücləndirib.
Möhkəm hüquqi baza üzərində qurulan bu münasibətlər gələcəkdə də daha geniş miqyas alacaq. Siyasi sabitlik, qarşılıqlı maraqlar və regional təhlükəsizlik məsələlərində ortaq mövqe iki ölkəni strateji tərəfdaş kimi daha da yaxınlaşdırır.
Kamalə Səfərova
Şuşa Mərkəzi Rayon Xəstəxanası PHŞ-nin direktoru, YAP Şuşa rayon təşkilatının 24 saylı ərazi partiya təşkilatının sədri


Bir şərh yazın