Prezident İlham Əliyevin Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunması Azərbaycanın beynəlxalq humanitar gündəlikdə tutduğu mövqeyin göstəricisi kimi qiymətləndirilir. Bu hadisə dövlətimizin multikultural dəyərlərə, sülh təşviqinə və sivilizasiyalararası dialoqa verdiyi önəmin beynəlxalq səviyyədə qəbul edildiyini nümayiş etdirir. Təqdimetmə mərasimində dövlət başçısının minnətdarlıq ifadə etməsi mükafatın mənəvi və siyasi çəkisini daha da artırdı.

Mərasim zamanı diqqət çəkən məqamlardan biri də Birləşmiş Ərəb Əmirliklərinin inkişaf modeli oldu. Tarixi ənənələrinə sadiq qalaraq modern cəmiyyət qurmaq nümunəsi göstərən bu ölkənin dinlərarası dialoqun genişləndirilməsi istiqamətində atdığı addımlar xüsusi vurğulandı. Sülh və harmoniya mühitində birgəyaşayışın mümkünlüyü həm Azərbaycan, həm də BƏƏ üçün ortaq dəyərlər kimi təqdim olundu.

Çıxışlarda Azərbaycan–Ermənistan münasibətlərində sülh prosesinin regional və qlobal əhəmiyyəti də ön plana çəkildi. Otuz ildən artıq davam edən qarşıdurmadan sonra əldə olunan irəliləyişlərin mühüm dönüş nöqtəsi olduğu qeyd olundu, ötən ilin avqustunda əldə edilən nəticələrin isə son aylarda əməkdaşlıq və sabitliyə aparan mərhələ kimi qiymətləndirildiyi bildirildi.

Bu mükafat Azərbaycanın dini tolerantlıq siyasətinə verilən yüksək beynəlxalq dəyərin simvolu kimi şərh olunur. Ölkədə müxtəlif konfessiyaların bərabər hüquqlarla fəaliyyət göstərməsi, dini abidələrin qorunması və dialoqun təşviqi Azərbaycan modelinin əsas elementləri kimi təqdim edilir.

Aynurə Məlikova

Şuşa rayon 10 №li tam orta məktəbin direktoru,YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.