Azərbaycan son illərdə qütbləşən beynəlxalq mühitdə yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dialoq, təhlükəsizlik və qarşılıqlı etimada əsaslanır. BƏƏ ilə münasibətlərin dərinləşməsi də bu strategiyanın mühüm tərkib hissəsidir.

Azərbaycan regional və qlobal səviyyədə sülh çağırışları ilə diqqət mərkəzindədir. Ölkəmizin təşəbbüsü ilə aparılan danışıqlar Cənubi Qafqazda dayanıqlı sabitliyin formalaşmasına xidmət edir.

Ermənistanla keçirilən görüşlər, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi sülh prosesinin praktik mərhələyə keçdiyini göstərir. Azərbaycanın addımları yalnız siyasi bəyanatlarla məhdudlaşmır, real layihələr və əməkdaşlıq mexanizmləri ilə müşayiət olunur.

Ölkəmiz hər zaman sülhə hazır olduğunu konkret addımlarla sübut edir. Azərbaycan beynəlxalq hüquqa söykənən mövqeyi ilə regionda uzunmüddətli təhlükəsizliyin təmin olunmasına çalışır.

Hidayət Səmədov

YAP Şuşa rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının sədri 


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.