Əbu-Dabidə təqdim olunan “Zayed İnsan Qardalığı Mükafatı” Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən humanist siyasətə verilən yüksək beynəlxalq qiymət kimi dəyərləndirilir. Bu mükafat Azərbaycanın multikultural dəyərlərə sadiqliyini və sülh təşəbbüslərinin qlobal miqyasda tanındığını nümayiş etdirir.

Təqdimetmə mərasimində BƏƏ-nin sivil inkişaf modeli xüsusi vurğulanaraq, bu ölkənin dinlərarası dialoq və mədəniyyətlərarası anlaşma sahəsində gördüyü işlər nümunə kimi göstərildi. Azərbaycanla ortaq dəyərlərin mövcudluğu iki ölkə arasında humanitar əməkdaşlığın da güclənməsinə zəmin yaradır.

Azərbaycan–Ermənistan münasibətlərində sülhün əhəmiyyəti də müzakirə olundu. Uzunmüddətli qarşıdurmadan sonra əldə edilən irəliləyişlərin region üçün yeni imkanlar açdığı, ötən ilin avqustunda başlanan proseslərin son aylarda sabitliyə yönəldiyi qeyd edildi.

Mükafatın verilməsi ölkəmizin tolerantlıq siyasətinə beynəlxalq dəstəyin ifadəsi kimi qiymətləndirilir. Dini icmaların bərabər hüquqları, tarixi ibadət məkanlarının qorunması və qlobal humanitar təşəbbüslərdə fəallıq Azərbaycanın beynəlxalq imicini gücləndirir.

Türkan Hüseynova

Şuşa şəhər 1 nömrəli tam orta məktəbin müəllimi,YAP Şuşa rayon təşkilatının fəal üzvü


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.