Dünya İqtisadi Forumunun Davos toplantısı beynəlxalq siyasət və iqtisadiyyatın əsas müzakirə məkanlarından biri hesab olunur. Bu mötəbər platformada Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın qlobal proseslərə baxışını əks etdirən mühüm siyasi bəyanat kimi qiymətləndirilə bilər. Dövlət başçısı müsahibəsində beynəlxalq münasibətlər sistemində baş verən ciddi transformasiyalara diqqət çəkdi.

Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, müasir dövrdə beynəlxalq hüququn aliliyi prinsipinin zəifləməsi müşahidə olunur. Onun fikrincə, dünyada güc amili daha çox ön plana çıxır və bu da xüsusilə orta və kiçik dövlətlər üçün yeni çağırışlar yaradır. Azərbaycan bu reallığı nəzərə alaraq idealist deyil, realist strategiya seçib.

Müsahibədə Azərbaycanın xarici siyasət modeli də geniş şəkildə təqdim olundu. Dövlət başçısı Azərbaycanın heç bir güc mərkəzindən asılı olmayan, qarşıdurmadan uzaq, balanslı siyasət həyata keçirdiyini vurğuladı. Bu yanaşma ölkəyə müxtəlif siyasi və iqtisadi mərkəzlərlə paralel əməkdaşlıq imkanları yaradır və manevr qabiliyyətini artırır.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Davos müsahibəsi Azərbaycanın qlobal qeyri-müəyyənlik şəraitində öz yolunu dəqiq müəyyən etdiyini göstərir. Milli maraqlara əsaslanan, praqmatik və çevik siyasət modeli Azərbaycanın beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirir.

Rəsmiyyə Məmmədova

“Qabaqcıl təhsil işçisi”, Şuşa Şəhəri üzrəTəhsil Sektorunun müdiri, YAP Şuşa rayon təşkilatının 16 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.