Prezident İlham Əliyevin Davosda səsləndirdiyi fikirlər Azərbaycanın qlobal proseslərə yanaşmasının mahiyyətini ortaya qoydu. Dövlət başçısı bildirdi ki, beynəlxalq münasibətlər sistemində dəyişikliklər fonunda hər bir ölkə öz potensialına uyğun siyasət qurmalıdır. Azərbaycanın strategiyası isə hüquqa əsaslanan, lakin real çağırışları nəzərə alan praqmatik yanaşmaya söykənir.

Müsahibədə suverenliyin və ərazi bütövlüyünün bərpasının hüquqi əsaslarla həyata keçirildiyi qeyd olundu. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkənin bütün addımları ümumbəşəri dəyərlərlə uzlaşdırılıb. Bu mövqe Azərbaycanın beynəlxalq imicini gücləndirən əsas elementlərdən biridir.

Cənubi Qafqazda sülh prosesinə toxunan dövlət başçısı, bölgədə yeni inkişaf mərhələsinin başlandığını bildirdi. Ermənistanla münasibətlərin əməkdaşlıq səviyyəsinə keçməsi, iqtisadi və humanitar əlaqələrin genişlənməsi region üçün yeni imkanlar yaradır. Məqsəd uzunmüddətli deyil, davamlı sülhə nail olmaqdır.

Enerji məsələləri müsahibənin əsas istiqamətlərindən biri oldu. Prezident İlham Əliyev Azərbaycanın Cənubi Qafqazda enerji ixracında lider mövqeyə malik olduğunu və Avropa bazarlarında etibarlı tərəfdaş kimi qəbul edildiyini vurğuladı. Müasir boru kəmərləri və nəqliyyat infrastrukturu ölkənin strateji əhəmiyyətini artırır.

Sonda Avropa strukturları ilə münasibətlərə dair mövqe açıqlayan dövlət başçısı Azərbaycanın birtərəfli yanaşmalara cavab verməkdənsə, praktik əməkdaşlığı üstün tutduğunu bildirdi. Davos müsahibəsi göstərdi ki, Azərbaycan yeni dünya nizamında öz mövqeyini inamla qoruyan və regional sabitliyə töhfə verən müstəqil aktordur.

Əminə Məhərrəmova

Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbəsinin müdiri, YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.