Prezident İlham Əliyevin Davos çıxışında enerji məsələləri xüsusi diqqət mərkəzində oldu. Dövlət başçısı Azərbaycanın Cənubi Qafqazda enerji ixracında aparıcı mövqedə olduğunu və Avropa bazarları ilə əməkdaşlığın genişləndiyini vurğuladı. On altı ölkəyə qaz tədarükü ölkənin qlobal enerji sistemində çəkisinin artdığını göstərən mühüm göstərici kimi səsləndirildi.

Müsahibədə ölkənin müasir boru kəmərləri şəbəkəsi və nəqliyyat infrastrukturu ön plana çıxarıldı. Prezident İlham Əliyevin sözlərinə görə, Avropa ölkələri ilə qurulan etimada əsaslanan tərəfdaşlıq onların enerji təhlükəsizliyini gücləndirir, Azərbaycan üçün isə gəlirli bazarlara çıxış imkanı yaradır. İxrac marşrutlarının şaxələndirilməsi də bu strategiyanın mühüm hissəsidir.

Dövlət başçısı regionda sabitliyin enerji bazarlarının proqnozlaşdırılması baxımından əhəmiyyətini qeyd etdi. Qonşu ölkələrdə baş verən proseslərin diqqətlə izlənildiyini bildirən Prezident İlham Əliyev sülh və təhlükəsizliyin iqtisadi inkişaf üçün əsas şərt olduğunu bir daha vurğuladı.

Zərifə İbrahimova

“Qabaqcıl təhsil işçisi”,YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədr müavini


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.