Dünya İqtisadi Forumunun Davos toplantısında Prezident İlham Əliyevin “Euronews”a verdiyi müsahibə qlobal auditoriyaya Azərbaycanın strateji baxışını çatdırdı. Dövlət başçısı müasir beynəlxalq münasibətlərdə hüququn rolunun zəiflədiyini, güc faktorunun isə daha çox ön plana çıxdığını vurğuladı. Bu reallıq şəraitində Azərbaycanın praqmatik və hesablanmış siyasət yürütməsi əsas üstünlüklərdən biri kimi təqdim edildi.

Prezident İlham Əliyev Azərbaycanın bütün addımlarını beynəlxalq hüquq çərçivəsində atdığını və suverenliyin bərpasının bu prinsiplərə uyğun həyata keçirildiyini bildirdi. Onun sözlərinə görə, ölkənin siyasi xətti regional sabitliyə və uzunmüddətli təhlükəsizliyə xidmət edir. Bu mövqe Azərbaycanın beynəlxalq imicini möhkəmləndirən əsas faktorlardan sayılır.
Cənubi Qafqazda yeni mərhələnin başlandığını qeyd edən dövlət başçısı, Ermənistanla münasibətlərdə praktik əməkdaşlığın genişləndiyini diqqətə çatdırdı. Yük daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və enerji təchizatı sahəsində atılan addımlar sülh gündəminin real nəticələr verdiyini göstərir. Bu proses regionun gələcək inkişafı üçün mühüm perspektivlər açır.
Müsahibədə enerji təhlükəsizliyi məsələləri də geniş yer aldı. Prezident İlham Əliyev Azərbaycanın Cənubi Qafqazda enerji ehtiyatlarını ixrac edən əsas dövlət olduğunu və Avropa bazarları ilə əməkdaşlığın davamlı şəkildə artdığını vurğuladı. On altı ölkəyə qaz tədarükü ölkənin qlobal enerji sistemindəki rolunu gücləndirir.
İlham Həsənov
YAP Şuşa rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın