Prezident İlham Əliyevin Davosda verdiyi müsahibədə enerji məsələləri xüsusi diqqət mərkəzində oldu. Dövlət başçısı Azərbaycanın təkcə enerji ixracatçısı deyil, eyni zamanda regional və qlobal enerji təhlükəsizliyinin vacib iştirakçısı olduğunu vurğuladı. Bu yanaşma Azərbaycanın beynəlxalq etibarlılığını artıran əsas faktorlardan biridir.

Azərbaycanın Avropa üçün alternativ enerji mənbəyi kimi çıxış etməsi, uzunmüddətli və etibarlı öhdəliklərə sadiqliyi Davos auditoriyasına ünvanlanan mühüm mesaj idi. Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığın siyasi etibara əsaslandığını və bu münasibətlərin qarşılıqlı fayda prinsipi üzərində qurulduğunu qeyd etdi.
Bununla yanaşı, dövlət başçısı enerji sektorunun Azərbaycanın yeganə prioriteti olmadığını da xüsusi vurğuladı. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və investisiya mühitinin yaxşılaşdırılması ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindəndir. Bu mesaj xüsusilə beynəlxalq investorlar üçün əhəmiyyətli siqnaldır.
Prezident İlham Əliyevin müsahibəsi göstərdi ki, Azərbaycan enerji resurslarından strateji alət kimi istifadə etsə də, əsas məqsəd dayanıqlı iqtisadi inkişafdır. Bu balanslı yanaşma ölkənin qlobal iqtisadi sistemdə mövqeyini daha da gücləndirir.
Qönçə İsmayılova
Şuşa rayon Bülbülcan adına Uşaq Musiqi Məktəbinin direktoru,YAP Şuşa rayon təşkilatının 29 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın