Prezident İlham Əliyevin Davosda “Euronews” televiziyasına verdiyi müsahibədə Azərbaycanın Cənubi Qafqaz regionundakı enerji liderliyi xüsusi vurğulandı. Dövlət başçısı bildirdi ki, ölkəmiz regionda enerji ehtiyatlarına malik olan və onları qonşu ölkələrə ixrac edən yeganə dövlətdir. Gürcüstanın uzun müddət, Ermənistanın isə son mərhələdə enerji idxalında Azərbaycana üstünlük verməsi bu liderliyin praktik nəticəsidir.

Müsahibədə Avropa İttifaqı ilə enerji əməkdaşlığının genişlənməsi əsas mövzulardan biri oldu. Prezident İlham Əliyev Azərbaycanın artıq 16 ölkəyə təbii qaz tədarük etdiyini və onların 10-nun Avropa ailəsinə daxil olduğunu qeyd etdi. Boru kəməri ilə qaz ixracının geniş coğrafiyanı əhatə etməsi Azərbaycanın qlobal enerji sistemində mühüm yer tutduğunu təsdiqləyir.

Azərbaycanın yanacaq-enerji infrastrukturu, müasir boru kəmərləri şəbəkəsi və nəqliyyat imkanları ölkəyə strateji üstünlüklər qazandırır. Avropa bazarının yüksək kommersiya potensialı Azərbaycanın enerji strategiyasında xüsusi rol oynayır. Eyni zamanda, ixracın şaxələndirilməsi siyasəti çərçivəsində yeni istiqamətlər də diqqətdə saxlanılır.

Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinə imkan verib. Bu strategiya regionda əməkdaşlığı gücləndirir və ölkənin geostrateji əhəmiyyətini davamlı şəkildə artırır.

Elmira Əliyeva

Tərəqqi medallı,YAP Şuşa rayon təşkilatının 15 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.