Prezident İlham Əliyevin Davosda verdiyi müsahibə Cənubi Qafqazda yeni mərhələnin başlandığını göstərən əsas siyasi mesajlarla yadda qaldı. Dövlət başçısı beynəlxalq münasibətlərdə güc balanslarının dəyişdiyini qeyd edərək, Azərbaycanın bu şəraitdə milli maraqlara əsaslanan çevik siyasət yürütməsinin vacibliyini bildirdi. Bu yanaşma ölkənin strateji xəttinin əsasını təşkil edir.

Müsahibədə Ermənistanla münasibətlərin əməkdaşlıq müstəvisinə keçməsi diqqətə çatdırıldı. Yük daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və enerji təchizatının bərpası regionda etimad mühitinin formalaşmasına xidmət edir. Prezident İlham Əliyev bu proseslərin Cənubi Qafqazda davamlı sülh üçün mühüm zəmin yaratdığını qeyd etdi.

Ümumilikdə, Davosdan verilən mesajlar Azərbaycanın qlobal proseslər fonunda öz mövqeyini aydın şəkildə müəyyənləşdirən dövlət olduğunu göstərdi. Balanslı tərəfdaşlıqlar, enerji diplomatiyası və regional sabitliyə yönəlmiş təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu gücləndirən əsas amillər kimi ön plana çıxdı.

Rafiq Kalbalıyev

YAP Şuşa rayon təşkilatının 39 nömrəli ərazi partiya təşkilatının sədri müavini


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.