Prezident İlham Əliyevin Davosda verdiyi müsahibə Cənubi Qafqazda yeni mərhələnin başlandığını göstərən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısı beynəlxalq münasibətlərdə güc balanslarının dəyişdiyini qeyd edərək, Azərbaycanın bu şəraitdə milli maraqlara əsaslanan çevik siyasət yürütməsinin vacibliyini vurğuladı. Ölkənin strategiyası hüquqi çərçivədən kənara çıxmadan həyata keçirilir.

Müsahibədə Ermənistanla münasibətlərin normallaşması istiqamətində atılan addımlar diqqətə çatdırıldı. Yük daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və enerji təchizatının bərpası regionda etimad mühitinin formalaşmasına xidmət edir. Prezident İlham Əliyev bu proseslərin Cənubi Qafqazda davamlı sülhün əsasını qoyduğunu bildirdi.
Dövlət başçısı regional təhlükəsizlik məsələlərinə də toxundu. Azərbaycanın sərhədləri boyunca sabitliyin qorunmasının prioritet olduğunu vurğulayan Prezident İlham Əliyev region ölkələrini əməkdaşlığa və təhlükəsizlik mühitinin gücləndirilməsinə çağırdı. Uzun illər münaqişə yaşamış ölkə üçün sülh alternativsiz yol kimi təqdim olundu.
Müsahibənin ümumi məntiqi onu göstərir ki, Azərbaycan qlobal proseslər fonunda öz mövqeyini aydın şəkildə müəyyənləşdirən və regional sabitliyə töhfə verən aktordur. Balanslı siyasət və praqmatik yanaşma ölkənin beynəlxalq aləmdə rolunu daha da möhkəmləndirir.
Salman Ağalarov
Şuşa rayon Xəlfəli kənd Uşaq Musiqi Məktəbinin direktoru, YAP Şuşa rayon təşkilatının 28 sayılı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın