20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizənin ən ağır, lakin şərəfli səhifələrindən biridir. Sovet ordusunun dinc əhaliyə qarşı törətdiyi qırğın imperiya sisteminin mahiyyətini ifşa etdi və onun Azərbaycanda mövcudluğunu mənasız hala gətirdi.

Bu hadisə göstərdi ki, Sovet İttifaqı artıq siyasi dialoq və hüquqi mexanizmlərlə idarə olunmur. Zorakılıq yolu ilə xalqın iradəsini sındırmaq cəhdi imperiyanın sonunun yaxınlaşdığını sübut etdi. 20 Yanvar hadisələri SSRİ-nin Azərbaycandakı siyasi və hüquqi əsaslarını tamamilə dağıtdı.
Faciədən sonra müstəqillik ideyası ümummilli məqsədə çevrildi. Xalq başa düşdü ki, azadlıq yalnız qurbanlar hesabına qazanıla bilər. 20 Yanvar şəhidlərinin qanı üzərində müstəqil Azərbaycan dövlətinin ideoloji bünövrəsi formalaşdı.
Ümummilli Lider Heydər Əliyevin bu hadisələrə verdiyi tarixi qiymət milli yaddaşın formalaşmasında həlledici rol oynadı. Onun siyasi iradəsi sayəsində 20 Yanvar faciəsi unudulmadı, əksinə, azadlıq və müstəqillik rəmzi kimi Azərbaycan tarixində əbədi yer aldı.
Könül Hüseynova
Tərəqqi medallı, Şuşa Humanitar Kollecinin tyutoru,YAP Şuşa rayon təşkilatının 20 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın