1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı həyata keçirilmiş planlı və məqsədli hərbi zorakılıq aktı idi. Sovet rəhbərliyinin ermənipərəst və qərəzli siyasətinə qarşı dinc şəkildə etiraz edən insanlar ağır silahlarla susdurulmağa çalışıldı. Hərbi hissələrin şəhərə yeridilməsi heç bir hüquqi əsas olmadan həyata keçirilmiş və mülki əhali hədəfə alınmışdı.

Faciə zamanı tətbiq edilən üsullar beynəlxalq hüququn bütün normalarını kobud şəkildə pozurdu. Dinc əhali xəbərdarlıq edilmədən atəşə tutulur, təcili tibbi yardımın fəaliyyəti əngəllənir, informasiya blokadası yaradılırdı. İnsanların yaşamaq hüququnun bu qədər amansızcasına tapdalanması sovet totalitar rejiminin mahiyyətini bir daha ortaya qoydu.
20 Yanvar hadisələri Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu. Qanla müşayiət olunan bu faciə xalqın azadlıq iradəsini daha da möhkəmləndirdi. Şəhidlərin tökülən qanı müstəqillik ideyasını sönməz məşələ çevirdi və cəmiyyətin bütün təbəqələrini vahid məqsəd ətrafında birləşdirdi.
Ümummilli Lider Heydər Əliyevin bu hadisələrə verdiyi qətiyyətli siyasi mövqe 20 Yanvarın obyektiv qiymətləndirilməsində həlledici rol oynadı. Onun təşəbbüsü ilə faciə Ümumxalq Hüzn Günü elan edildi və günahkarların adları ictimaiyyətə çatdırıldı. Bu, dövlətçilik tariximizdə milli maraqların qorunmasının parlaq nümunəsi oldu.
Zərifə İbrahimova
“Qabaqcıl təhsil işçisi”,YAP Şuşa rayon təşkilatının 25 saylı ərazi partiya təşkilatının sədr müavini

Bir şərh yazın