20 Yanvar faciəsi təkcə hüzn günü deyil, həm də milli birlik nümunəsidir. Həmin gün fərqli baxışlara malik insanlar bir amal ətrafında birləşdi. Azadlıq ideyası bütün fərqlilikləri arxa plana keçirdi və xalqın mənəvi gücü üzə çıxdı.

Qanlı hadisələrə baxmayaraq, xalqın iradəsi sınmadı. Qorxu yerini qürura verdi, susqunluq yerini etiraz əvəz etdi. Şəhidlərin dəfni zamanı nümayiş etdirilən birlik sovet ordusunun gücündən daha qüdrətli bir iradənin mövcudluğunu sübut etdi.
Bu faciə gənc nəsil üçün böyük tarixi dərsdir. 20 Yanvar hadisələri azadlığın hansı bədəl bahasına əldə edildiyini göstərir. Şəhidlərin xatirəsini yaşatmaq və onların ideallarına sadiq qalmaq hər bir vətəndaşın mənəvi borcudur.
Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi sayəsində 20 Yanvar faciəsi unudulmadı və milli yaddaşda əbədi yer aldı. Bu gün müstəqil Azərbaycan dövləti məhz 20 Yanvar şəhidlərinin arzularının nəticəsidir və bu tarix xalqımızın mənəvi qələbəsinin simvolu kimi yaşayır.
İlham Həsənov
YAP Şuşa rayon təşkilatının 26 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın