20 Yanvar 1990-cı il hadisələri insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulduğu ağır bir tarixi cinayət kimi qiymətləndirilir. Sovet ordusunun dinc əhaliyə qarşı tətbiq etdiyi zorakılıq nəticəsində yüzlərlə insan həyatını itirdi və yaralandı. Bu hadisə SSRİ-nin hüquqi dövlət prinsiplərindən tam uzaq olduğunu sübut etdi.

Bakıda və digər bölgələrdə mülki əhalinin hədəfə alınması, informasiya blokadasının yaradılması və tibbi yardıma mane olunması beynəlxalq humanitar hüquqa zidd idi. Bu faktlar Sovet hakimiyyətinin legitimliyini tam şəkildə sarsıtdı və imperiya idarəçiliyinin insan həyatına verdiyi dəyəri açıq şəkildə göstərdi.
Faciədən sonra Azərbaycan xalqının milli həmrəyliyi daha da gücləndi. Şəhidlərin fədakarlığı cəmiyyətdə azadlıq və müstəqillik ideyalarını möhkəmləndirdi. 20 Yanvar hadisələri xalqın öz taleyinə sahib çıxmaq əzmini dünyaya nümayiş etdirdi.
Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində bu faciə dövlət səviyyəsində insanlığa qarşı cinayət kimi tanındı. Onun rəhbərliyi ilə 20 Yanvar hadisələrinin tarixi-hüquqi qiymətləndirilməsi Azərbaycanın müstəqil dövlətçilik yolunda mühüm addım oldu.
Gülnar Qurbanova
Qabaqcıl təhsil işçisi,YAP Şuşa rayon təşkilatının 22 saylı ərazi partiya təşkilatının sədri

Bir şərh yazın