20 Yanvar faciəsi Azərbaycan xalqının milli azadlıq mübarizəsində ən ağır, eyni zamanda ən şərəfli mərhələlərdən biri kimi tarixə düşmüşdür. Bu hadisə təkcə bir gecənin faciəsi deyil, illərlə yığılıb qalan milli narazılığın və azadlıq arzusunun zor gücü ilə boğulması cəhdi idi. Xalq öz iradəsini ifadə etdiyi üçün sovet ordusunun amansız zorakılığına məruz qaldı.

1980-ci illərin sonlarında Azərbaycanda ictimai-siyasi vəziyyət son dərəcə gərgin idi. Qarabağda baş verən hadisələr, mərkəzi hakimiyyətin ədalətsiz mövqeyi və milli hüquqların tapdanması geniş xalq kütlələrinin etirazına səbəb olmuşdu. Bakıda və respublikanın digər şəhərlərində keçirilən mitinqlər xalqın azadlıq istəyinin açıq ifadəsinə çevrilmişdi və bu, sovet rəhbərliyini ciddi şəkildə narahat edirdi.

1990-cı ilin yanvarında problem siyasi dialoq yolu ilə deyil, hərbi güclə həll edilməyə çalışıldı. Fövqəladə vəziyyət elan edilmədən Bakıya qoşun yeridilməsi, dinc əhaliyə qarşı tankların və ağır silahların tətbiqi insanlığa sığmayan bir cinayət idi. Küçələrdə günahsız insanlar gülləbaran edildi, təcili yardım maşınları belə hədəfə alındı.

Bu faciənin siyasi-hüquqi qiymətinin verilməsində Ümummilli Lider Heydər Əliyevin qətiyyətli mövqeyi mühüm rol oynadı. Onun Moskvada sovet rəhbərliyini açıq şəkildə ittiham etməsi 20 Yanvar həqiqətlərinin dünyaya çatdırılmasına şərait yaratdı. Məhz bu prinsipial mövqe nəticəsində faciə sonradan dövlət səviyyəsində insanlığa qarşı cinayət kimi tanındı.

Anar Xəlilov

Şuşa Rayon Statistika İdarəsinin rəisi, YAP Şuşa rayon təşkilatının 10 saylı ərazi təşkilatının Sədr müavini


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

Previous Post
Next Post

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.