Azərbaycan xalqı üçün 20 Yanvar həm dərin hüzn, həm də milli qürur günüdür. 1990-cı ilin həmin qanlı gecəsində sovet ordusu azadlıq istəyən dinc insanlara qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirdi. Lakin bu qəddarlıq xalqın iradəsini sındırmaq əvəzinə, onu daha da gücləndirdi.

Faciə zamanı baş verənlər açıq-aşkar insan hüquqlarının kütləvi şəkildə pozulması idi. Yaşamaq, sərbəst toplaşmaq və öz fikrini ifadə etmək hüququ tapdalandı. Hərbi güc mülki əhaliyə qarşı istifadə olundu və bu, beynəlxalq humanitar hüququn bütün prinsiplərinə zidd idi.

20 Yanvar hadisələri Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm rol oynadı. Şəhidlərin qanı müstəqilliyin bünövrəsinə çevrildi. Bu hadisə xalqın öz taleyinə sahib çıxmaq əzmini dünyaya göstərdi və milli birliyi daha da möhkəmləndirdi.

Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi sayəsində 20 Yanvar faciəsi dövlət səviyyəsində qiymətləndirildi və tarixi həqiqətlər rəsmiləşdirildi. Bu gün Azərbaycan xalqı şəhidlərin xatirəsini ehtiramla anır və onların ideallarına sadiq qalaraq müstəqil dövlətini daha da gücləndirir.

Türkan Hüseynova

Şuşa şəhər 1 nömrəli tam orta məktəbin müəllimi,YAP Şuşa rayon təşkilatının fəal üzvü


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.