20 Yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlıq və vətənpərvərlik tarixində unudulmaz yer tutur. Sovet ordusunun planlı şəkildə dinc sakinlərə hücum etməsi yalnız bir gecənin faciəsi deyil, illərlə yığılıb qalmış milli narazılığın qanlı nəticəsi idi. Bu hadisələr xalqın azadlıq və müstəqillik əzmini sınamağa yönəlmişdi, lakin nəticədə milli birlik daha da möhkəmləndi.

Hadisələrin kökündə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, azərbaycanlıların tarixi torpaqlardan deportasiyası və Dağlıq Qarabağ münaqişəsi dururdu. Sovet rəhbərliyi hüquqi və siyasi vasitələrlə yaranmış gərginliyi aradan qaldırmaq əvəzinə, “Bakı əməliyyatı” ilə dinc əhaliyə qarşı hərbi müdaxilə etdi. Bu, xalqın milli azadlıq mübarizəsinin qarşısını almağa hesablanmış qəsdən törədilmiş cinayət idi.

20 Yanvar nəticəsində yüzlərlə insan şəhid oldu, minlərlə yaralandı və qanunsuz həbs edildi. Eyni zamanda, dövlət və şəxsi mülkiyyət dağıldı, ailələr pozuldu. Bu hadisə Sovet totalitar rejiminin vəhşiliyini açıq göstərdi və xalqın azadlıq iradəsini heç bir qüvvə sındıra bilməyəcəyini nümayiş etdirdi.

Ümummilli Lider Heydər Əliyevin Moskvada verdiyi bəyanat hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Onun təşəbbüsü ilə həm Naxçıvanda, həm də 1994-cü ildə Milli Məclisdə faciəyə siyasi-hüquqi qiymət verildi, şəhidlərin xatirəsi əbədiləşdirildi və xalqın haqq səsi qorundu.

Kamalə Səfərova

Şuşa Mərkəzi Rayon Xəstəxanası PHŞ-nin direktoru, YAP Şuşa rayon təşkilatının 24 saylı ərazi partiya təşkilatının sədri


Discover more from DÜNYADAN XƏBƏR

Subscribe to get the latest posts sent to your email.

Bir şərh yazın

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.